03 iyun 2024 17:59
332

Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, finalda İtaliya millisi ilə "Barselona Panthers" (İspaniya) klubu üz-üzə gəlib.

15:12 hesabı ilə qələbə qazanan apenninlilər turnirin qalibi olublar.

Qeyd edək ki, yarımfinal görüşlərində "Barselona Panthers" Portuqaliyaya (20:13), İtaliya isə Polşaya (13:12) qalib gəlib. Azərbaycan millisi mübarizəni 1/4 finalda, "Baku Flames" klubu isə qrup mərhələsində dayandırıb.