03 iyun 2024 15:46
274

"Çelsi" bu gün yeni baş məşqçisini açıqlayacaq

"Çelsi" bu gün yeni baş məşqçisinin adını açıqlayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London təmsilçisini "Lester Siti"nin baş məşqçisi Enzo Mareska çalışdıracaq. 

Məlumata görə, "Çelsi" italiyalı mütəxəssislə 5+1 illik müqavilə imzalayıb,

Qeyd olunur ki, Mareskanın müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə "Lester" 10 milyon avro məbləğində təzminat alacaq.

Mareskanın rəhbərliyi altında "Lester" Çempionşipin 2023/24 mövsümündə 97 xal toplayıb və birinci yeri tutub. Komanda növbəti mövsümPremyer Liqada oynamaq hüququ əldə edib.