Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi vəzifəsini rusiyalı mütəxəssis Stanislav Çerçesov tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Xatırladaq ki, mütəxəssis 2016-2021-ci illərdə Rusiya millisində çalışıb. O, Avro-2020-də zəif çıxış etdikdən sonra millidən ayrılıb. Məşqçinin son klubu Macarıstanın "Ferensvaroş"u olub.