03 iyun 2024 13:57
320

Ronaldo: Oyna, öyrən, inkişaf et

“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo2023/2024-cü illər mövsümünün bitməsi ilə əlaqədar paylaşım edib.

“İki sahil” xəbər verir ki, o, azarkeşlərə dəstəklərinə görə də təşəkkür edib: “Oyna, öyrən, inkişaf et. Bu mövsüm mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Biz daha da güclü qayıdacağıq!”.

Xatırladaq ki, Kriştiano Ronaldo 2022-ci ilin dekabr ayının 30-da azad agent kimi “Əl-Nəsr”ə keçib. Başa çatan mövsümdə Ronaldo bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub, 13 qolun ötürməsini verib. Ronaldo 2024-cü il Avropa çempionatı üçün Portuqaliya millisinə çağırılıb.