02 iyun 2024 23:36
420

Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir

Bu gün karyerasını başa vuran “Qarabağ”ın futbolçusu Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərmək istəyir.

Maksim Medvedev

karyerasını başa vurub

“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Medvedevin Ağdam təmsilçisində işləyə biləcəyini söyləyib: “Qısa danışıq olub. Qarşıdakı günlərdə növbəti dəfə danışacağıq. Onun kimi futbolçunun komandanı tərk etməsi mənim üçün asan deyil. Tək bizim üçün yox, Azərbaycan futbolu üçün də faydası olub”.