02 iyun 2024 22:41
355

Qurban Qurbanov “Zirə”ni təriflədi

“Bu gün qarşımızda istəkli və dinamik rəqib var idi”.

“İki sahil” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis maraqlı mövsümü geridə qoyduqlarını bildirib:

“Kubokun finalında yaxşı oyun alındı. “Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Çox çalışdılar. Titullar qazanandan sonra oyunçularda istək azalır. Amma bunun olmaması üçün çalışacağıq”.