02 iyun 2024 17:40
376

Rəvan Kazımov millidə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu cəlb edilib.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun oyunçusu Rəvan Kazımov düşərgəyə dəvət olunub.

Qeyd edək ki, U-21 iyunun 7-də Bratislavadakı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da Slovakiya ilə, iyunun 11-də “Liv Bona Dea Arena”da, saat 20:00-da isə Bolqarıstanla yoldaşlıq görüşü keçirəcək.