"Real"ın yarımmüdafiəçisi Toni Kroos "Real"la növbəti dəfə Çempionlar Liqasının qalibi olmasından danışıb.
“İki sahil” xəbər verir ki, Madrid təmsilçisi ötən gecə turnirin finalında Dortmund "Borussiya"sını məğlub edib və tarixində 15-ci dəfə ÇL-i qazanıb. Bu görüş Kroosun "Real"dakı son oyunu olub. 34 yaşlı yarımmüdafiəçi Avro-2024-dən sonra karyerasını başa vuracaq.
Kroos "Real"la ümumilikdə 6 dəfə ÇL-in qalbi olub. O, bu uğuru belə şərh edib:
“Bu, inanılmazdır. Əgər kimsə mənə desəydi ki, 6 dəfə Çempionlar Liqası titulunu qazanacağam, buna inanmazdım. Deyərdim ki, dəlidir. Və ən əsası, həmişə karyeramı "Real"da bu cür sonlandırmağı arzulayırdım".