02 iyun 2024 14:20
663

Azərbaycan millisi Avropa çempionatında qələbə ilə başladı - YENİLƏNİB

Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Avropa çempionatında ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda Belçika millisi ilə üz-üzə gəlib. Görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb

Azərbaycan millisi iyunun 3-də İtaliya ilə qarşılaşacaq. Komandamız iyunun 4-də Fransa ilə üz-üzə gələcək.

Avropa çempionatı

13:00. Belçika 0-3 Azərbaycan

Qollar: Vüsal İsayev, 25+1, 35, Samir Həmzəyev, 39

***

Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Avropa çempionatında ilk oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, komanda Belçika millisi ilə üz-üzə gələcək.Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Azərbaycan millisi iyunun 3-də İtaliya ilə qarşılaşacaq. Komandamız iyunun 4-də Fransa ilə üz-üzə gələcək.

Avropa çempionatı

13:00. Belçika - Azərbaycan