UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün final oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən oyunda İspaniyanın “Real” (Madrid) ilə Almaniyanın “Borussiya” (Dortmund) klubları yarışıblar.
Hesabı qarşılaşmanın 74-cü dəqiqəsində "Real"ın futbolçusu Dani Karvahal hesabı açıb. 83-cü dəqiqədə isə Vinisius Junior fərqi iki topa yüksəldib.
Qeyd edək ki, ÇL-in ən titullu klubu olan "Real" indiyə qədər 14 dəfə bu turnirin kubokunu başları üzərinə qaldırıb. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olub.
UEFA Çempionlar Liqası,
Final
1 iyun
23:00 "Borussiya" (Dortmund) (Almaniya) 0–2 "Real" (Madrid) (İspaniya)
Qollar: Dani Karvahal, 74 (0:1), Vinisius Junior, 83, (0:2)
Baş hakim: Slavko Vinçiç (Slovakiya)
London. "Uembli" stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”