01 iyun 2024 21:20
363

Ronaldo "Əl-Nəsr"dən ayrılır?

"Əl-Nəsr"in idman direktoru Quido Fienqo Kriştiano Ronaldonun klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, o, bu iddiaları təkzib  edib: "Ronaldonun qanı artıq sarıdır. Növbəti mövsümdə bizimlə birlikdə davam edəcək".

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir.