01 iyun 2024 13:20
374

Enes Ünal da Türkiyə millisinin heyətindən çıxarıldı

Türkiyə millisinin heyətində daha bir itki baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Bornmut"un hücumçusu Enes Ünalın ayaq barmağında sınıq aşkarlanıb. Onun Avro-2024-də iştirak edə bilməyəcəyi məlum olduğu üçün heyətdən çıxarılıb.

Xatırladaq ki, millinin müdafiəçisi Çağlar Söyüncü də zədə səbəbindən turnirdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Türkiyə yığması Avro-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.