31 may 2024 18:42
389

Acun Ilıcalı onunla razılaşdı

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, "pələnglər"i qarşıdakı 3 ildə Tim Valter çalışdıracaq.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis bu postda istefaya göndərilən Liam Rosenyoru əvəzləyib.