AFFA İntizam Komitəsi tərəfindən 12700 manat cərimələnən "Sabah" klubu apellyasiya şikayəti verməyəcək.
Bu barədə “İki sahil”ə klubdan məlumat verilib.
Qeyd edək ki, İntizam Komitəsi paytaxt təmsilçisini Azərbaycan Premyer Liqasının XXXVI turunda "Neftçi" ilə matçdakı qayda pozuntularına görə cəzalandırıb.
Bakı klubu Kahim Parris, Con İrasabal və Abdulax Xaybulaevin təcavüzkar davranışlarına və bu səbəbdən oyun zamanı aldıqları qırmızı vərəqələrə görə ümumilikdə 12000 manat cərimələnib.
"Sabah" digər 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün isə daha 700 manat ödəməli olacaq.