29 may 2024 19:40
463

Kərim Vəliyev Metin Gürak ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşüb

HƏRBİ

29 May , 2024 19:37

“EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Bu barədə “İki sahil”ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.