29 may 2024 18:22
401

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb - FOTO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.