29 may 2024 15:06
393

"Krasnodar" Murad Musayevlə yeni müqavilə imzaladı

Rusiyanın "Krasnodar" klubu baş məşqçisi Murad Musayevlə müqaviləni uzadıb. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Krasnodar"ın Murad Musayevlə əvvəlki müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər idi. Tərəflər 2026-cı ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə imzalayıblar.

Qeyd edək ki, M.Musayev 2021-ci ilin noyabr ayından bu ilin fevral ayının 1-dək "Sabah"a baş məşqilik edib. O, martın 14-dən “Krasnodar”ı çalışdırır. Musayevin komandası Rusiya Premyer Liqasının 2023/2024 mövsümünü 56 xalla 2-ci yerdə başa vurub.