28 may 2024 13:11
274

"Beşiktaş"dan ayrıldı

"Beşiktaş"ın qışda "Nottinqem Forest"dən icarəyə götürdüyü Co Uorrall İstanbul təmsilçisindən ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə 27 yaşlı müdafiəçi özünün sosial şəbəkə hesablarında yazıb.

Qeyd edək ki, C.Uorrall bu mövsüm 18 matçda meydana çıxıb və 1 qol vurub. O, komanda ilə Türkiyə kubokunun qalibi olub.