25 may 2024 08:49
443

Misli Premyer Liqasında son tur başlayır

Bu gün Misli Premyer Liqasında sonuncu - 36-cı tur start götürəcək. 

QOL.az xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək. Bununla da həm 2-ci yerin sahibi, həm də 2024/25 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandaların adına aydınlıq gələcək.

Hazırda turnir cədvəlində "Neftçi" 56 xalla 2-ci, "Zirə" 55 xalla 3-cü, eyni xalı olan "Sabah" 4-cü, "Sumqayıt" isə 54 xalla 5-cidir. 

Bu gün "Zirə" "Səbail"lə, "Sumqayıt" "Qəbələ" ilə, "Neftçi isə "Sabah"la qarşılaşacaq. Matçların nəticələrindən asılı olaraq sözügedən 4 komandadan biri avrokuboklardan kənarda qalacaq.

Misli Premyer Liqası,

36-cı tur

25 may (şənbə)

19:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sabah”
“Neftçi Arena”

19:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

26 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”