24 may 2024 21:24
331

Azərbaycanlı idman gimnastı Dünya Kubokunda finala yüksəlib

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, o, sərbəst hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb.

Dünən start götürən Dünya Kuboku mayın 26-da başa çatacaq.