24 may 2024 15:47
319

Keylor Navas millidən getdi

PSJ-nin qapıçısı Keylor Navas Kosta-Rika millisindəki karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, o, bununla bağlı öz İnstaqram hesaında paylaşım edib. 37 yaşlı qolkiper qərarı ilə bağlı deyib:

“Həyatımın məğlubiyyətlərlə və qələbələrlə dolu olan bu fəsli başa çatdı. Mən kiçik bir əraziyə, lakin nəhəng ruha malik sevimli Kosta-Rikamızın adını özümlə apararaq, minnətdarlıqla və irəliyə baxan bir ürəklə ayrılıram”.

Qeyd edək ki, Keylor Navas 2008-ci ildən çıxış etdiyi Kosta-Rika millisində 112 oyun keçirib.