21 may 2024 12:15
249

Zahid Oruc: Azərbaycan Qlobal Köləlik üzrə 2023-cü ilin hesabatında 192 dövlət arasında 22-ci yerdədir

Azərbaycan Qlobal Köləlik üzrə 2023-cü ilin hesabatında 192 dövlət arasında 22-ci yerdədir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 21-də parlamentin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır, onlardan təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib:

"Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür. Məlumatın “Qanunvericilik” bölməsində gördüyümüz kimi, “İcraçı qurumlarının siyahısı” dəqiqləşdirilib, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin çoxşaxəli funksiyaları TƏBİB-in funksiyalarına da aid edilib, İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib".