BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası memorandum imzalayıblar.
“İki sahil” xəbər verir ki, memorandumun imzalanması gələcək əlaqələrin inkişaf perspektivlərinin müəyyən olunması və əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Həmçinin memorandum assimilyasiya təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin qarşısının alınmasına və dekolonizasiya istiqamətində mühüm nəticələrin əldə edilməsinə yol açacaq. Eyni zamanda, gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasında və maariflənməyə yönəlmiş gələcək layihələrin həyata keçirilməsində mühüm başlanğıc olacaq.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib