Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsi başa çatıb.
“İki sahil” xəbər verir ki, İsmayıllı rayonu ərazisində yerləşən “Qaya” istirahət mərkəzində keçirilən layihənin bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov çıxış ediblər.
Qeyd olunub ki, “Heydər Əliyev məktəbi” layihəsi gənclərin intellektual inkişafına, onların milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı ruhda formalaşmasına mühüm töhfə verir. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə təşkil olunan bu cür layihələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
Natiqlər layihənin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, Azərbaycanın müasir şəhərsalma siyasətinin və memarlıq ənənələrinin inkişafında Ümummilli Liderin xidmətlərini diqqətə çatdırıblar.
Layihə iştirakçıları Pəri İbrahimova, İsrafil Abbasov və digərləri düşərgə barədə təəssüratlarını bölüşüblər.
Daha sonra “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçılarına sertifikatlar, intellektual yarışlarda qələbə qazanan komandalara xatirə kubokları verilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib