İtaliyanın Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatında iştirak edən Azərbaycan gimnastları vətənə qayıdıblar.
“İki sahil” xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə Avropa çempionatında gümüş medal qazanıb. Bununla da N. Simonov Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatlarında əldə edilmiş ilk medalın sahibi olub.
Kişilərdən ibarət idman gimnastika komandasının üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, habelə ailə üzvləri və dostları qarşılayıblar.
Qeyd edək ki, aprelin 24-28-də Rimini şəhərində kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı keçirilib.
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb