BSU-da "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində "Autizmdə effektiv müdaxilələr"mövzusunda məlumat sessiyası keçirilib
Aprelin 9-da Bakı Slavyan Universitetində (BSU) "İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə aylığı çərçivəsində " Autizmdə effektiv müdaxilələr"(ABA – Tətbiqi Davranış Analizi) mövzusunda məlumat sessiyası keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə “Birgə və Sağlam” İctimai Birliyinin psixoloqu Nərmin Həsənli autizm haqqında ümumi məlumat verərək auitizmin statistikası, onun diaqnostikası, auitizm-spektr pozuntusu barəsində danışıb. O,
autizmdə reabilitasiya metodları sırasında yer alan Tətbiqi Davranış Analizi (ABA) ilə bağlı ətraflı məlumat verib. ABA tədris proqramının əhəmiyyəti və effektivliyindən söz açıb.
Məlumat sessiyası tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aparacaq
Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək
Şəhid ailələri və qazilərin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib