Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.
Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxslərin yeri müəyyən edilib, çətin keçilən ərazidə qalmış iki nəfər vətəndaş təhlükəsiz yerə təxliyə edilib.
Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aparacaq
Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək
Şəhid ailələri və qazilərin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib