Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.
Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.
Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aparacaq
Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək
Şəhid ailələri və qazilərin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib