Ötən gecə Moskvanın “Domodedovo” hava limanında sərhədçilər tərəfindən saxlanılan fitness məşqçisi Kamil Zeynallı polisə təhvil verilib.
“İki sahil” xəbər verir ki, K.Zeynallı qolları qandallı şəkildə hava limanından çıxarılaraq polis idarəsinə aparılıb.
Moskvadakı müvafiq polis idarəsində aparılan araşdırmadan sonra Kamilin saxlanılmasının dəqiq səbəbi aydınlaşacaq.
Qeyd edək ki, ilkin məlumatda K.Zeynallının Ermənistanın təqdimatı əsasında axtarışa verildiyi açıqlanıb.
Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO