İstanbulda məhkəmə binası qarşısında silahlı insident olub.
“İki sahil” NTV-yə istinadən xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum zamanı azı 2 nəfər ölüb, 2-si polis 3 nəfər yaralanıb.
Hücum edən şəxsin zərərsizləşdirildiyi qeyd olunub.
Yaralılar təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.