02 iyul 2026 08:24
85

Qətər XİN: ABŞ və İran arasında danışıqlarda müəyyən irəliləyiş əldə olunub

Dohada ABŞ və İran nümayəndələri arasında Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqlarda müəyyən irəliləyiş əldə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. O bildirib ki, tərəflər müzakirə olunan məsələlər üzrə müsbət irəliləyiş əldə ediblər.

Qətər XİN-in sözçüsü qeyd edib ki, tərəflər danışıqların yaxın vaxtlarda davam etdirilməsi barədə razılığa gəliblər. Növbəti görüşün tarixi əlavə məsləhətləşmələrdən sonra müəyyənləşdiriləcək.