05 fevral 2024 10:52
363

Xankəndidə Larisa ilə azərbaycanca müsahibə:  Pis münasibət görməmişəm/VİDEO

 İctimai TV Xankəndidə yaşayan erməni sakinlərdən biri ilə həmsöhbət olub.

“İki sahil” xəbər verir ki, o, Tuğda doğulmuş və hazırda Xankəndidə tək yaşayan Larisa Stepanyandır.

Larisa söhbətində vətəni olaraq Azərbaycanı gördüyünü bildirib. 70 yaşlı qadın bu illər ərzində gördüklərindən, azərbaycanlılarla bir yerdə yaşamaqlarından, Qarabağ separatçılarının cinayətkar əməllərindən, Araik Arutyunyanın bunu gizlətməsindən bəhs edib.

"Heç kimim yoxdur. Tək yaşamışam. Tuğda azərbaycanlılar çox qalırdı. Onlardan heç bir pis münasibət görməmişəm".

Təmiz azərbaycanca danışan Stepanyan Xankəndidə dolanışığından razılıq edib.

Daha ətraflı videomaterialda: