Bakının Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olunub və problem aradan qaldırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildiriib ki, Yasamal rayonu ərazisinə qazın verilişi təmin olunub: "Ola bilsin ki, təzyiqlə bağlı lokal problemlər yaşansın. Bu da təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə yüksək təzyiqli "mavi yanacağı" boru xətlərinə vermək doğru deyil. Əməkdaşlarımız təzyiq məsələsini də mütəmadi olaraq diqqətdə saxlayacaqlar”, - məlumatda qeyd olunub.
***
Bakının Yasamal rayonunda Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəzanın nəticələri aradan qaldırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildrilib ki, dərhal yaranan problemlə bağlı əraziyə İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub.
"Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək" - məlumatda deyilir.