SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti vətəndaş qəbulu Gəncə şəhərində gerçəkləşib. Qəbulda Gəncə şəhərindən, eləcə də Samux, Göygöl və Goranboy rayonlarından olan ümumilikdə 35 vətəndaşın müraciətləri dinlənilib. Ünvanlanan müraciətlərin əksəriyyəti yerində cavablandırılıb. Bəzilərinin araşdırılmasını üçün isə Birliyin əlaqədar strukturlarına konkret tapşırıqlar verilib.
Qeyd edək ki, bu kimi vətəndaş qəbullarının keçirilməsi Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun aparılır və məqsəd əhalinini narahat edən sosial- məişət problemlərinin həllinə nail olmaqla onların rifah halını yüksəltmək və vətəndaş məmnuniyyəti qazanmaqdır.
Eyni zamanda, Baş direktor regiona səfəri çərçivəsində Gəncə RQİİ-nin Xidmət Sahələrində çalışan bir qrup əməkdaşla görüşüb. Görüş zamanı onların qayğıları ilə maraqlanıb, iş prosesində qarşılaşdıqları problemləri dinləyib. Daha sonra Gəncə RQİİ-nin müxtəlif xidmət sahələrindən olmaqla ümumilikdə 10 nəfər əməkdaşına "Azəriqaz" İB-də faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyələri təqdim edilib.
Elçin Zaman, "İki sahil"