Sürücü möhtəşəm drift etmək istədi, ancaq buz qırıldı və avtomobil içindəkilərlə birlikdə çaya düşdü.
Hadisə Rusiyanın Pskov vilayətində baş verib.
Bununla bağlı yayılan kadrlarda görünür ki, bir qrup gənc donmuş Velikaya çayının üzərində əyləniblər. Lakin sevinc bir anda qorxu ilə əvəzlənib və buz qırılıb.
Məlumata görə, sürücü və sərnişini xilas etmək mümkün olub. Onlar xəsarət almayıblar. Maşın isə batıb.
Oxu.Az
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir