ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində şərti azadlığa buraxılması tələbi rədd edilən müttəhim Deobra Redden hakimə hücum edib.
“İki sahil” “Washington Post”a istinadla xəbər veriri ki, müttəhim Reddenin bir nəfəri döydüyünə görə mühakimə olunduğu işin məhkəməsi Las-Veqasda keçirilib.
Hakim Meri Kay Holthus 3 cinayəti olan Reddenin şərti azadlığa buraxılma tələbini rədd edib. Təqsirləndirilən Redden kürsüyə qalxaraq hakim Kay Holthusa hücum edib.
Hakim Holthus kürsünün altında gizlənərkən təhlükəsizlik qüvvələri işə qarışaraq Reddeni hakimin yanından uzaqlaşdırıblar.
Səlahiyyətlilər hakimin və mühafizəçinin yaralandığını bildiriblər. Kameralara düşən hadisə sosial mediada trend mövzusuna çevrilib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir