Hindistanın XPoSat peyki PSLV-C58 daşıyıcı aparatı vasitəsilə uğurla kosmosa çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edilib ki, “X-ray” polarimetriya peykinin buraxılışı Hindistan üçün bir ilkdir. Belə ki, əvvəllər analoji cihazlar yalnız ABŞ tərəfindən kosmosa göndərilib.
Məlumata görə, peykin avadanlığı təxminən 50 potensial kosmik mənbədən gələn rentgen şüalarının qütbləşməsini ölçəcək. Bu cür tədqiqatların qara dəliklərin, neytron ulduzların, aktiv qalaktik nüvələrin və pulsar külək dumanlıqlarının təbiətini daha yaxşı başa düşməyə kömək edəcəyi gözlənilir.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir