14 dekabr 2023 12:03
357

Aqşin əsirlikdə yaşadıqlarından danışdı: “Ayağıma ​“tok” veriblər"/VİDEO

Ötən gün hərbçilərimiz Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan əsirliyindən azad edilib.

“İki sahil” xəbər verir ki, Aqşin Bəbirov AzTV-yə əsirlikdə yaşadıqlarından danışıb.

O bildirib ki, ayağında və qabırğalarında narahatlıqlar var:

“Ayağıma ​“tok” veriblər. İndi revmatizm var, amma normaldır. Şükür, özümü idarə edə bilirəm. Qabırğalarımda da əzilmələr var. Bacardığımız qədər yaxşı olmağa çalışırıq”.