13 dekabr 2023 15:34
361

Qəfildən qatarın yoluna çıxan 7 nəfər ölüb, 6 nəfər isə ağır xəsarət alıb - VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yollarında baş verən hadisələrə diqqət çəkmək üçün sosial çarx hazırlayıb.

“İki sahil” xəbər verir ki, videoda qəza zamanı ayaqlarını itirən şəxs real obraz kimi əksini tapıb.

Qeyd edək ki, sosial çarxda rol alan aktyor İmran Lalayev 2013-cü ildə dəmir yolu xəttini düzgün keçmədiyi üçün hər iki ayağını itirib. Bu taleni yaşamamaq üçün hər kəs dəmiryolu xətlərindən yox, keçidlərdən istifadə etməlidir. 

Hərəkət iştirakçıları, xüsusi ilə piyadalar və sürücülər dəmir yolu xəttini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməlidirlər. Qatarın ayrıca yolu var və hərəkət üstünlüyü qatara məxsusdur: yolu keçərkən qulaqlıqlardan istifadə etməyin, yüksək sayıqlıq göstərin, keçidlərin qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirin.