12 dekabr 2023 14:35
12153

“Security Operation Services” MMC-dən Ulu Öndərin əziz xatirəsinə ehtiram - VİDEO/FOTO

“Security Operation Services” (SOS) MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Sərəncamına əsasən Tədbirlər Planı hazırlayıb.

“İki sahil” xəbər verir ki, həmin Tədbirlə Planına uyğun olaraq il ərzində silsilə tədbirlər həyata keçirilib. Həmin tədbirlərdə Ulu Öndərin əziz xatirəsi yad edilərək bildirilib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.