İtaliya millisinin sabiq hücumçusu, hazırda Türkiyənin “Adana Dəmirspor” klubunun forvardı Mario Balotelli Brendan Rocersi karyerasında gördüyü ən pis məşqçi adlandırıb.
“İki sahil” xəbər verir ki, futbolçu Brendan Rocersin rəhbərliyi altında “Liverpul”da çıxış edib.
“Brendan Rocers indiyə qədər gördüyüm ən pis menecerdir. O, məşqlər, topa sahib olmaq və mini-matçlarla bağlı məsələlərdə bir nömrə idi. Lakin bir insan olaraq, o, sadəcə bir fəlakətdir”, - deyə Balotelli qeyd edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi