Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.
Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.
Seçim Komissiyası və Ekspert şurasının yekun iclası 28 noyabr tarixində keçiriləcək.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib