Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresdə “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunub.
“İki sahil” xəbər verir ki, sərgidə tarixi İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunub.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres keçirilir.