22 noyabr 2023 16:59
494

Azərbaycan müdafiə nazirinin müavinləri Gürcüstanda hərbi mərkəzdə olublar

Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Gürcüstana səfəri çərçivəsində "Delta" Dövlət Hərbi Elmi-Texniki mərkəzində olublar.

“İki sahil” xəbər verir ki, mərkəzin rəhbərliyi nümayəndə heyətinə Gürcüstanın hərbi sənaye kompleksi, sülh və müharibə şəraitində istifadə olunan hərbi texnikalar barədə məlumat verib.

Müdafiə nazirinin müavinlərini gürcüstanlı həmkarları Giorgi Xaindrava və Zaza Çikaidze, "Delta" Dövlət Hərbi-Elmi Texniki Mərkəzinin rəhbəri İoseb Loladze müşayiət ediblər.