22 noyabr 2023 13:10
481

Azərbaycan müdafiə nazirinin müavinləri Gürcüstana gedib, hərbi əməkdaşlığı müzakirə ediblər

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.

“İki sahil” xəbər verir ki, nümayəndə heyətinə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmilər daxildir.

Onlar Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.