Rusiyalı kişi dostu ilə iş məsələsində mübahisə etdikdən sonra onu kölə kimi zəncirləyib.
Qorxunc hadisə Novosibirsk vilayətində baş verib. Bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Bildirilir ki, dostlardan biri fərdi sahibkar olmaq istəməyib. Qarşı tərəf buna əsəbiləşərək onu döyüb, sonra zirzəmidə pilləkənlərə zəncirləyib və onun səhərə qədər orada qalacağını bildirib.
Bir müddət sonra zirzəmini açaraq, dostundan telefonu alıb və kişini başqa otaqdakı radiatora bağlayıb. Cani sərxoş olduğundan tezliklə yuxuya gedib, bunu görən girov özünü azad edərək qaça bilib.
Faktla bağlı şübhəli şəxs barəsində cinayət işi başlanıb.
Oxu.Az
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq