Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər.
Azərbaycan Voleybol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər.
Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.
Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi