03 noyabr 2023 13:35
724

Professor Talat Canbolat Bakıya gəlib- FOTO

Azərbaycan Müdafiə Universitetinin rektor müavini təyin edilən türkiyəli professor Talat Canbolat Bakıya gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qonaq Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Tərəflər hərbçilərin yetişdirilməsi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.