Dövlət Gömrük Komitəsi (DGK) yeni Gömrük İnkişaf Modelini hazırlayıb.
“İki sahil” xəbər verir ki, bu model özündə 7 əsas komponenti (İstiqamət, Novator, Keyfiyyət, İşgüzar, Şəffaf, Asan, Faydalı) əks etdirir.
Yeni Gömrük İnkişaf Modelinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir. Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlar və sahibkarlara əlçatan olması üçün müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda DGK-nın belə bir modelə keçməsi aparılan şəffaflaşma prosesinin tərkib hissəsi və islahatlara mühüm töhfə kimi qiymətləndirilir. Gömrük orqanlarında aparılan rəqəmsallaşma və şəffaflaşma prosesində indiyə qədər 10-a yaxın layihənin icrası tamamlanıb, bir o sayda da layihənin icrası davam edir və yaxud reallaşdırılması planlaşdırılır.
Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürüb
Azərbaycan və ABŞ arasında aqrar əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
Aqrar Sığorta Fondu mütəxəssisləri əməkdaşlığa ldəvət edir – BÖLGƏLƏRDƏ TƏLİMLƏR BAŞLAYIR
Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək