22 oktyabr 2023 14:53
337

Sabah Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi başlayacaq

Milli Müdafiə Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyi münasibətilə Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təliminin sabah başlayacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı nazirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Türkiyə və Azərbaycan quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimi və müştərək əməliyyatlar həyata keçirmə qabiliyyətinin artırılmasına sabahdan start verilir”, - açıqlamada bildirilir.

Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də, mühəndis texnikası və kiçik botlar cəlb olunub.